15 июня 2018 г.

13.06.2018

"15  İyun-Milli Qurtuluş Günüdür"  adlı   geniş tədbir keçirildi ...
  13 iyun 2018-ci il tarixində A. Hidayətov adına Lovayın kənd tam orta məktəbində
15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi.
1. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ramil Qurbanov açdı. Ramil müəllim çıxışında qeyd etdi ki, Milli Qurtuluş günü xalqımız üçün əlamətdar günlərdən biridir. 1993 - cü ildə Azərbaycan xalqının vətəndaş müharibəsi ilə üz-üzə durduğu bir vaxtda xalqın istəyi və xalqın səsinə səs verən Ümmumilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq xalqı dövlətçiliyin yox olma təhlükəsindən xilas etdi.Ümümmilli lider 1993-cü il 15 iyun tarixində Azərbaycan Respublikası Ali sovetinin sədri seçilərək, 15 iyun tarixi xalqın yaddaşında Milli Qurtuluş günü kimi həkk olundu.Ümummilli liderin 1993 ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi,sosial,iqtisadi elmi-mədəni həyatında beynəlxalq əlaqələrdə dönüş yaradıb,  beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prossesi başlanıb. Ramil müəllim çıxışının sonunda tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik etdi və işlərində uğurlar arzuladı.
2. Məktəbin təşkilatçı müəllimi Sehran Mirzəyev məruzə ilə çıxış edərək bildirdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olub vədövlətçiliyimiz yox olmaq təhlükəsindən Ümummilli Lider Heydər Əliyev tərəfindən xilas edilib.Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq misyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada ictimai siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Hamımıza məlumdur ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.Qeyd etmək lazımdır ki,Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.Qısa müddət ərzində  Ulu Öndərimiz ölkədə ictimai- siyasi sabitliyi bərpa etdi.Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun-Milli Qurtuluş Gününühər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.Çıxışının sonunda Sehran müəllim bu əlamətdar gün münasibəti ilə  tədbir iştirakçölarını təbrik etdi.
3.məktəbimizin qocaman müəllimi Heyran İbrahimova çıxış edərək bildirdi ki, 1993-cü il 15 iyun həqiqətəndə Azərbaycan xalqı üçün sevinc doğuran günlərdən birididir.Bu əlamətdar tarixi gün xalqımız üçün böyük bir uğurlu gün olararaq yaddaşımızdan silinməyəcək. Bu tarixi gündə Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyev öz xalqını ölkədə gedən daxili çəkişmələrdən, xausdan xilas edərək Azərbaycanı inkişafa doğru apardı.Azərbaycanda yaranan sabitlik və Azərbaycanın dünya dövlətləri arasında tanınması və bir çox böyük  lahiyyələrə quşulması, Ulu Öndərin düzğün siyasətinin bəhrəsidir.Heyran müəllimə şagirdləri və müəllimləri  15 iyun milli qurtuluş günü münasibəti ilə təbrik etdi.
4. Məktəbimizin şagirdlərindən Mirzəyeva Zarina VII-sinif (Ulu bir sərkərdə, ulu bir öndər), Rəhmətova Ramana VII-sinif ( Vətən oğlu), Qurbanova Aytac 1-a sinif(Azərbaycan)  və digər  şagirdlərimiz Qurtuluş gününə həsr edilmiş tədbirdə şeirləri ilə  çıxış etdilər.





Комментариев нет:

Отправить комментарий