9 марта 2021 г.

 

            = Nizami  Gəncəvi  yaradıcılığında  iqtisadi  motivlər =

         Hər kim qənaətlə əgər şad olar,

          O,hörmətli olar,sərazəd olar.

                                    N.Gəncəvi

Xalqımızın böyük humanist şairi və mütəffəkkiri Nizaminin əsərləri əsrlərdir ki,dünya bədii söz xəzinəsinin nadir incisi kimi tərəqqipərvər bəşəriyyətin diqqətini cəlb edir.Nizqmi poeziyası elə qüdrətli tərbiyəvi məzmuna malikdir ki,insan bu təsir altına düşməyə bilmir.O,əsərlərində qaldırdığı dünyəvi problemlərlə bütün nəsillərin mənəvi müasiri olmuş və bizim də müasirimiz olaraq qalır.

    Dahi şairimizin iqtisadi ideyaları onun yaradıcılığında mühüm yerlərdən birini tutur.Şair cəmiyyətin ictimai-iqtisadi quruluşu,əmək bölgüsü,istehlak məsələləri üzrə qiymətli fikirlər irəli sürmüşdür.

    N.Gəncəvinin yaradıcılığında diqqəti cəlb edən mühüm problemlərdən biri də əməyə və əmək adamlarına münasibətdir.Şair,demək olar ki,poemalarının hamısında bu problemə toxunmuş maraqlı,yaddaqalan əməkçi insan surətləri yaratmışdır.Həmin surətlər vasitəsilə o,zəhmət adamlarına münasibətini bildirir və əməyin estetikasını,insana şərəf və şöhrət gətirdiyini oxucuya dərk etdirir,mənəvi tərbiyənin ayrılmaz hissəsi olan əməyə məhəbbət hissi aşılayır.

   “Sirlər xəzinəsi”poemasında Kərpickəsən qocanın dediyi ”Mən əlimi zəhmətə ona görə öyrətdim ki,bir gün sənin qarşında əl açıb xəcalətə düşməyim”sözləri əmək adamının mənəvi üstünlüyünün ifadəsidir.

  “Xosrov və Şirin” poemasında şair sadə əmək adamını yüksək mənsəb sahibi olanlardan üstün tutur:

     Bal verən arının  bircəsi yəqin,

     Yüzündən yaxşıdır bal yeyənlərin.

  Şair bəzən əmək haqqında fikrini elə yığcam -cəmi bir neçə misrada ifadə edir ki,onunla əməyin mahiyyətini oxucuya elə başa salır ki,istər-istəməz əməyə,zəhmətə müəyyən meyil yaranır.

        Zəhmətlə açarsan bağlı tilsimi,

       Acdın,xəzinə çıxar aydın gün kimi.

             Yaxud:

             Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,

             Zəhmətinin axırı rahatlıqdır insana.

  Nizami əməkdən qorxan,zəhmətdən çəkinənləri kəskin məzəmmət edir,müəyyən bir işlə məşğul olmağa çağırır.O,”Sirlər xəzinəsi” poemasında yazır:

       Hünər qeyrət dəmidir,yatma əbəs həyatda,

       Ülviyyətə çalmağa göstər həvəs həyatda.

       Yaxud:

       Əzaba qatlanmaqla hər niyyətə çatarsan,

       Zəlillikdən qurtarıb ülviyyətə  çatarsan.

N.Gəncəvi yaradıcılığında israfçılığı tənqid edir,oxucunu qənaət və yığım vərdişlərinə dair fikirləri ilə tərbiyələndirir.Şair “Xosrov və Şirin” poemasında bildirir ki,insan əlindəkilərə qane olarsa şad olar,qənaət hər şeyə yetər:

     Ağlın var,hər şeydən çalış uzaq ol,

     Nəyin var qane ol,onunla şad ol!

    

      Dünyada əlimdə şey yoxsa əgər,

      Qənaət ki,vardır,o bəsdir,yetər!

 

       Duzla ağarsa da xörəyin üzü,

       Qaydasında gərək tökəsən duzu.

 Nizami “Sirlər xəzinəsi” əsərində də bildirir ki,insan heç bir ölçüdən kənara çıxmamalı,əlində olan malını boş yerə dağıtmamalıdır:

     Dağıtma əlində var isə sərvət ,

     Bihudə yeməkdən çəkərsən zəhmət.

 

      Xərclərkən ölçüdən gəl götütmə əl,

      Nə artıq,nə əksik,ortadır gözəl.

 

     Bir şey qaydasından çıxarsa kınar,

     Ondan üz döndərər əlbət ki ruzgar.

Şair “Leyli və Məcnun”poemasında da yazır ki,insanlardan başqa bütün canlılar qənaət edir,halbuki şüurlu canlı yalnız insandır.Öyrənirik ki,insan ayağını yorğanına görə uzatmalı,həddən artıq israfçılıqla özünü fəlakətə salmamalıdır:

   İnsanlardan başqa bütün canlılar,

   Qənaət evində tutmuşdur qərar.

 

   Bir də ayağını öz yorğanından,

   Artıq uzadanlar bədbəxtdir ,inan

Nizami tamahkar insanları itdən də əksik hesab edir,gözü başqasının malında olan adamı “ələfə göz dikmiş uzunqulağ”a bənzədir.O,insanları dünyanın keçici zövqlərinə aldanmamağı,var-dövlətin,qızılın-gümüşün insana heç bir xoşbəxtlik gətirməyəcəyini vurğulayır:

      Qəlbini çalmasın bu mal,bu dövlət,

      Azı bir zillətdir,çoxu fəlakət.

 

     Sənincin bir yükdür daim xəzinə,

     Dincəlmək istərsən,ver özgəsinə.

     Qızıl toplanacaq bir atəş deyil,

     Uzaq ol,yanarsan yoxsa,onu bil.

Şairin fikrincə,yeməyi mümkün olmayan bir daşın dəyəri yoxdur:

   Dəyərsiz bir daş ki,olmayır yemək,

  Onunçun bu qədər zəhmət nə gərək?

 

  Qızılı toplayıb yerə basdıran,

  Özü torpaq yeyər,əslinə baxsan.

Nizami kainatın əşrəfi,ən böyük yetirməsi hesab etdiyi insanı öz adına layiq olmağa çağırır.Nizamiyə görə insan dünyaya dünyanın mahiyyətini anlamağa,daha ali məqsədlər üçün gəlmişdir:

   İnsan yem dalınca qaçmasın gərək,

   Quşdan ayıq olsun,zirəkdən zirək.

   Nə şəhvət,nə yuxu,nə də ki,yemək,

   Həyatın mənası olmasın gərək.

   Yatmağı,yeməyi bu aləmdə sən,

   Eşşək,öküzdə də görə bilərsən.

 

 Anlayıb,düşünək hər şeyi gərək,

   Hər sirri açmaqla hünər göstərək.

   Yerləri,göyləri öyrənək bir-bir,

   Qalmasın bizimçin açılmamış sirr.

_____________________________________________________________                                            

  Astara rayonu,

A.Hidayətov adına Lovayın  kənd   tam orta məktəbi

 7-ci sinif şagirdi   

 Mirzəyeva Nərgiz  Zaur qızı – 12.10.2007-ci il təvəllüdlü

      


Комментариев нет:

Отправить комментарий