7 марта 2019 г.

Ana dilimiz təbii varlığımızdır.

                                                                               
  “Hər bir xalqın milliyini , mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir .Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki,xalq qarşısında böyük qəbahətdir. Hər bir xalq öz dili ilə yaranır.”
                                                                                            Heydər Əliyev
Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub,həmin dil  ailəsinin oğuz qrupuna daxildir və

ən yaxın qohumları olan türk,türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub- qərb qrupunu təşkil edirlər.


   Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir.”Kitabi-Dədə Qurqud” dastanlarının dili ədəbi dilimiz şıfahi növü kimi qəbul edilərsə,hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər.
    Dili xalq yaradır . Lakin onun yaşayıb nəsildən-nəslə ötürülməsi görkəmli şəxsiyyətlərin, qüdrətli  dövlət  başçılarının  hesabına  başa gəlir.Dilin durmadan zənginləşməsi onun stasusunda, işlənmə arealından çox asılıdır.Azərbaycan dilinin yazısı XII əsrdə formalaşmağa və ədəbi ümumoğuz  ənənələri  dilindən  ayrılmağa  başlamışdır.Həmin proses əsasən XV-XVI əslərdə başa çatmışdı.Bu dövr Azərbaycan dilinin çiçəklənmə dövrü sayılır.Çünki Nəsimi, Xətai,Füzuli kimi klassik şairlər bu dildə yazıb yaradırdılar.
    Dünya dilləri sırasında Azərbaycan dili özünəməxsus yer tutmaqdadır.Dilimiz mənəvi sərvətimizdir.Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin  yeni inkişaf dönəmində yaranmış vəziyyəti  nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”f ərman imzalamışdır.Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdı dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilişdir. Ümummilli lider Heydər Əliyev doğma dilimizi gözəl səciyyələndirmişdir:Dilimiz çox zəngin və ahəngdar dildir,dərin tarixi kökləri vardır.Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fıxr edirəm. Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir.XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi uğurları təqdirəlayiqdir.Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli  yerini tutmuşdur.”
Ana dili! Nə qədər möhtəşəm,müqəddəs,nə qədər əzəmətli bir qüvvə!Ana dili! Bir dildir ki,mehriban bir vücud-ana öz  şəfqət və məhəbbətini sənə o dildə bəyan edir.Azərbaycanln böyük tarixi simalarından biri,şair və sərkərdə Şah İsmayıl Xətainin dilimiz haqqında sözlərini xatırlamaq yerinə düşərdi.O demişdir:-Ey türk oğulları,Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin!
     Dil hər bir millətin maddi və mənəvi irsinin qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Dil insan kamilliyinin açarıdır.Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
    Müstəqillik yoluna qədəm qoymuş bütün ölkələrdə dil problemi həmişə aktuallıq kəsb etmişdir .Azərbaycan Respublikası da müstəqilliyini elan etdiyi ilk günlərdən həm ictimaiyyət, həm də dövlət tərəfindən dil məsələlərinə xüsusi diqqət yetirilmişdir.
Ana dilimiz, dövlət dilimiz,əlifbamızla  bağlı qəbul olunmuş qanun, fərman və sərəncamların hər biri Azərbaycan dilinin, ədəbiyatının və mədəniyyətinin perspektivlərini müəyyənləşdirmək, böyük tarixi təcrübəyə əsaslanaraq inkişaf yollarını müəyyən etmək baxımından olduqca qiymətli sənədlərdir. Bu sənədlərdə mühafizə və təbliğat  olunan əsas ideyalar ümummilli liderimiz Heydər Əliyevin yeni əsrin və yeni minilliyin astanasında “Azərbaycan xalqına müraciət”i kimi tarixi bir əsərdə öz ifadəsini tapmışdır:”Biz nadir bir irsin varisləriyik.Hər bir Azərbaycan vətəndaşı bu irsı layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək məməviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə , həm də gələcəyinə dərin bir məhsuliyyət i hissi ilə yanaşmalıdır”.
                                             Füzuli zirvəli, Vaqif vüqarlı
                                            Mənim Qorqud dilim, Ələsgər dilim.
                                            Ömrümün naxışı,bəxtimin xalı
                                            Dadda,şirinlikdə bal,şəkər dilim!
Ana dili hər bir xalqın,millətin varlığıdır.Dil millətin həyat tərzi,mədəni  irsidir.Bunu tarix sübut edir. Bu mənada tarix boyu müxtəlif təcavüzlərə məruz qalsada ,ana dilimiz özunəməxsusluğunu qoruyub saxlamışdır.
    Ana dili hər bir xalqın mənəviyyatının güzgüsü dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi ,mənəvi diriliyidir.Dil elə bir ünsiyyət vasitəsidir ki, başqa dillərdə yaranmış mədəniyyətləri də özündə birləşdirir.
                                            Bu dil-bizim ruhumuz,eşqimiz,canımızdır,
                                            Bu dil-bir- birimizlə əhdi-peymanımızdır.
                                            Bu dil- tanıtmış bizə bu dünyada hər şeyi
                                            Bu dil-əcdadımızın bizə qoyub getdiyi
                                            Ən qiymətli mirasdır,onu gözlərimiz tək .
                                            Qoruyub, nəsillərə bizdə hədiyyə verək

Mirzəyeva  Mövlanə  Sübhan qızı - IX  sinif şagirdi 

Комментариев нет:

Отправить комментарий