7 марта 2019 г.

Azərbaycan dilinin saflığı


     Azərbaycan  dili  dünyanın  ən  zəngin    inkişaf  etmiş  dillərindən  biridir. Dil  xalqın  böyük  var-dövləti, əvəzedilməz  sərvətidir. Onunla  həyat, varlıq    onun  daşıyıcılarının  şüurlu  və əmək  fəaliyyəti  ifadə  olunur.
Dilin  maneəsiz  inkişafı  milli  azadlığın  zəmanəti və rəhnidir, dilin  çiçəklənməsi  isə milli  rifahın  başlıca  göstəricisidir. Dil    onun  daşıyıcıları, o  dərəcədə  həyatı  zəruri  əlaqəli    vəhdətdədir,onların  birini  digərindən  təcrid  etmək  düşünülməz  ağılagəlməzdir. Dil  insanın  əmək  fəaliyyəti      insan  cəmiyyətinin   formalaşması  prosesində  meydana  gəlmişdir. Dil  xalqın  inkişafının  vasitəsi  kimi insanların  bütün  bəşəriyyətlə  ünsiyyəti  üçün, təbiət  qanunlarını    ictimai  inkişafı  yaxşı dərk  etməyə  kömək  edir. Dilin  köməyi  ilə  insanlar  təsəvvürləri    dünyagörüşünü  izhar  edərək, əvəzedilməz  ünsiyyət  vasitəsi  olaraq, bəşərin  inkişafına  daim  xidmət  edir.
   Milli  dil, onun  daşıyıcılarının  intellektual  inkişafında    mənəvi  potensialının  böyüməsində    qiymətləndirilməsində  mühüm  rol  oynayır, milli  mədəniyyətin  çiçəklənməsinə, bilik  dərəcəsi    dünyagörüş  sahəsinin, sosial- ictimai  yetişkənlik    kamilliyinin  artmasına imkan  yaradır.
                                  Ucalır  bağçada  bülbülün  səsi,
                                      Çay  susur, əsməyir  çəməndə  yel  də.
                                     qədər  doğmadır  onun  nəğməsi
                                       Bülbül    elə  bil  ötür  bu  dildə.
   Millət  onun  fəal  həyat  fəaliyyəti    tərzini  təmin  edən  dilsiz    dil  ünsiyyəti  olmadan  mövcud  ola  bilməz. Dil  təkcə  insan  təfəkkürünün    ünsiyyətin  vacib  vasitəsi  deyil, həm    millətin    onun  mədəniyyətinin  zəruri  əlamətlərindən  biridir. Doğma  dil  incəliklə    parlaq  daşıyıcılarının  özünü  ifadə  etməsini  əks  etdirir. Dil  insanların  milli  mənsubiyyətini  simvolizə  edir, xalqın  mənəvi  nailiyyətini  ifadə  edir, milli  iftixarın  obyektidi    mənbəyi  olur.
     Öz  doğma  dilinə  münasibət  vətənə    anaya  məhəbbətlə  müqayisə  edilir. Rus  yazıçı  Paustovski  ana  dilinə  həssas  yanaşmanın  zəruriliyini qeyd  edərək  bildirir  ki, "Hər  bir  adamın  doğma  dilinə  münasibətini   nəinki  onun  mədəni  səviyyəsi  ilə, həm    vətəndaşlıq  dəyəri  ilə  çox  dəqiq  mühakimə  etmək  olar. Öz  vətəninə  həqiqi  məhəbbət  öz  doğma  dilini  sevmədən  mümkün  deyil,  ağılagəlməzdir". İnsanın  öz  ana  dilinə  bağlılığı  barədə  Azərbaycanın  tanınmış  adamları  da  çox  aforizmlər  deyiblər. Cəlil  Məmmədquluzadə  deyir  ki, insan  dünyaya  gözünü  açanda, ilk  dəfə  eşitdiyi  doğma  dili  unudaraq  yaşaması  mümkün  deyil. Firidun  bəy  Köçərli  isə, doğma  dilə  məhəbbəti  anaya    vətənə  məhəbbətlə  eyniləşdirirdi.
                                      


   Səni  şəfəq  bildim bu  cahanda  mən,          
                                         Bəzən  şimşək  olub  qəzəblə  çaxdın.
                                  İlk  dəfə  dünyaya  göz  açanda  mən,
                                         Qəlbimə  günəşin  özüylə  axdın.
   
      Ancaq  milli   dilin  xalqın  həyatında  belə  vacib  əhəmiyyət  kəsb  etməyinə  baxmayaraq,
Azərbaycan  dili  çox  faciəvi  bir  tarix  yaşamışdır. Çoxəsrlik  bir  tarixə  malik  xalqımız, uzun  müddət  ərzində  davamlı  olaraq  özünün  ədəbi   dilindən  təcrid  edilmiş, dil  zorakı  yolla  sıxışdırılıb  çıxarılmış, kənar  düşmüşdür. Ancaq  Azərbaycan  xalqı  öz  dilinə  qarşı  olan  ədalətsizliklə  barışmamışdır. Yüz  illərlə Azərbaycan  dilinin  sıxışdırılmasına    qadağalar  qoyulmasına  baxmayaraq, bu  dil, xalqın    öncül  insanların  əks  müqaviməti  sayəsində  qorunub  saxlanmış, inkişaf  etmişdir.
    Azərbaycan  poeziyasının  korifeyi, yüksək  humanizm    insan  azadlığı  ideallarının carçısı    Nəsimi, öz  qüdrətli  şair- filosof  səsini  qaldıraraq  insanın, onun  dilinin    mədəniyyət  müdafiəsinə  qalxdı. O, ölməz  yaradıcılığını  da  öz  doğma  dilində, sadə  həmvətənləri  üçün  yazıb  yaratdı    ən  başlıcası  isə  Azərbaycan  dilini  ədəbi    poetik  arenaya  çıxardı.  Məhz  Azərbaycan  ədəbi  dilinin  formalaşması  Nəsiminin  adı  ilə  bağlıdır.

     Mənim  Fikirlərim
     Məncə  xalqın  çox  böyük  sərvəti -onun  dilidir. Bu, o  deməkdir  ki, hər  bir  insan  öz  ana  dilinə  hörmət  etməli    onu  sevməlidir, onun inkişafı    çiçəklənməsi  üçün  çalışmalıdır.   Onun  saflığını və  müqəddəsliyini  qorumaq, yad  təsirlərdən  qurtarmaq  bizim  borcumuzdur. Mən  Azərbaycan  ölkəsində  yaşayıb  Azərbaycan  dilində  danışdığıma  görə  fəxr  edirəm.
     Aqillər  deyib  ki,xalqın, millətin  nəyini  əlindən  alırsansa  al, o, yaşayacaqdır. Dilini  əlindən  alsan, o, milli  varlığnı  itirər, yox  olar. Bu,  tarixin  ortaya  qoyduğu  bir  həqiqətdir. Dil-millətin  mənəviyyat  bayrağı, milli  mənlik    qürurudur.  Dil  yoxdursa, xalq  da  yoxdur!


VIII  sinif  şagirdi  Rəhmətova   Ramana  


Комментариев нет:

Отправить комментарий