7 марта 2019 г.

AZƏRBAYCAN DİLİMİ ÇOX SEVİRƏM !!!


Vətənə   olan   sevginin      vətənpərvərliyin   sirri,   insanın   öz   ölkəsinə      xalqına   etdiyi xeyirli  işlərdə  gizlənmişdir.  Çox   vaxtı  o,  bunu   hiss  etmir.  Lakin,  bu  fakt  olaraq,  əməlsiz  və Vətənə   töhfə   edilmədən   olunan  sevgi,  sevgi  deyil  bir  sınanılmamış  illüziyadır.  Bu illüziyalardan  biri də,  doğma  dilə  məhəbbəti  olmayan,  vətən  sevgisidir.

    Azərbaycan  dili -  Azərbaycan  Respublikasının  dövlət  dilidir.  Bundan  əlavə  Azərbaycan  dili dünyanın  müxtəlif  yerlərində  yayılmışdır.  Ümumi  olaraq  bu  gözəl  dildə  danışan    ünsiyyət saxlayan  insanların  sayı  30  milyondan  çoxdur.
  Azərbaycan   Respublikası  müstəqillik  qazandıqdan  sonra  Azərbaycan  dilinə  qarşı  diqqət  və qayğı  artdı.  O,  tək  millətlər  arasında  ünsiyyət  vasitəsi  kimi  deyil,  həmçinin  dövlət  dili statusunu  aldı.
    Müasir  zamanda  dilimizin  daha  da  inkişaf  etməsi  bizim  özümüzdən  asılıdır.  Biz  yeni minilliyə  qədəm  qoymuşuq    müstəqil,  demokratik  ölkədə  yaşayırıq. Biz  XXI  əsrdə  yaşayan nəsil,  müstəqil  məmləkətimizin  inkişafı  qüdrətli    zəngin  dövlətə  çevrilməsi  yolunda  əlimizdən gələni  əsirgəməməliyik.  Biz, müharibəyə    kasıbçılığa  son  qoymalı,  güclü  iqtisadiyyata  malik  olmalıyıq. Gələcək  nəsillərin  necə  yaşaması yalnız bizdən  asılıdır.
    Bütün  bunlar, doğma  Azərbaycan  dilinə  dərindən  yiyələnmək,  onun  daha  da  inkişaf  edib kamilləşmə  yolundan  keçir.  Bunları  yerinə  yetirən  əziz  millətimiz, Azərbaycanı  qüdrətli  və çiçəklənən  dövlətə  çevirəcəkdir.
                                           Səni  şəfəq  bildim  bu  cahanda  mən,
                                       Bəzən  şimşək  olub  qəzəblə   çaxdın.
                                       İlk  dəfə  dünyaya  göz  açanda  mən,
                                       Qəlbimə  günəşin  özüylə  axdın.
     Azərbaycan  dili  Azərbaycan  xalqının  varlığıdır.  Min  ildən  artıq  tarixi  olan  bu  dildə    qədər  gözəl  əsərlər  yaranmış,    qədər  hikmətli  fikirlər  söylənmişdir.  Azərbaycan  dili  ecazkar bir  dildir.  Azərbaycan  dili  haqqında  yazıçı  Mirzə  Ibrahimovun  fikri  çox  maraqlıdır.  O  yazır:  «Azərbaycan  dili  qanadlı  xəyalları,  coşqun  ehtirasları,  dərin  fikirləri  ifadə  edə  bilir.  Eyni zamanda  bu  dil  gözəldir,  cazibədardır,   şeirlə,  ahənglə,  musiqi  ilə  doludur».
        İnsan  həyatında  dil  qədər  lazımlı,  dil  qədər  ecazkar  bir  şey  yoxdur. Çünki  məhz dilin köməyi  ilə  biliklərə  yiyələnir,  onun  vasitəsi  ilə  öz  sevinc    arzularımızı,  sevgi  və məhəbbətimizi,  qəzəb    nifrətimizi  bildiririk.
  Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur. Mən Azərbaycan ölkəsində yaşayıb Azərbaycan dilində danışdığıma görə fəxr edir və yazımı görkəmli şairimiz Nəbi Xəzrinin şeirindən götürülmüş bir bəndlə bitirmək istəyirəm:
 
                                    

    Ucalır bağçada bülbülün səsi,
               Çay susur, əsməyir çəməndə yel də.
               Nə qədər doğmadır onun nəğməsi
               Bülbül də elə bil ötür bu dildə
                                         
  Məncə  dil  hər  bil  xalqın  mənəvi  sərvəti, qürur  yeridir.  Hər  bir  insan  öz   ana  dilinə hörmət  etmelidir. Öz  ana  dilini  sevməlidir.                                                                                             
Azərbaycan  dili  bizim  doğma  dilimizdir. Biz  öz  dilimizi  çox  sevirik. Azərbaycan  deyəndə  ürəklərdə  titrəyiş  baş  verir. Bu  vətənə  olan  sevgi    məhəbbət  hissidir.
     Dilimizi qorumaq  bizim  vətəndaşlıq  borcumuzdur.  DİLİMİZ   YOXDURSA , XALQIMIZ  DA  YOXDUR!!!
            Mən  öz  dilimi, xalqımı, vətənimi, yurdumu və  ölkəmi  çox  sevirəm. Mən  bu ölkədə  yaşadığıma  görə    Azərbaycan  dilində  danışdığıma  görə  fəxr  edirəm.
                                           



                                                               9-cu sinif  şagirdi  Babayeva Gülsüm.


Комментариев нет:

Отправить комментарий